Previous Next
Bağla

Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

13-09-2019 15:29
Kaspersky Lab uşaqların internet maraqlarını  araşdırıb

Xeberler.az bildirir ki, “Kaspersky Lab” şirkətinin hesablamalarına görə, bu yay tətilində azərbaycanlı uşaqlar əsasən “YouTube” kanalında videolar, yeni serial və filmlər, eləcə də musiqi və sosial şəbəkələrdə ünsiyyət ilə maraqlanıblar.

İnternetdə keçirdikləri vaxtın çox hissəsini onlar onlayn-mağazaların çeşidlərinin öyrənilməsi və kompüter oyunlarına sərf ediblər. Valideynlərin qorxduqları mövzular, yəni erotika, porno, alkoqol, narkotiklər, zorakılıq və qumar oyunları ilə isə uşaqlar daha az maraqlanıblar.

“Kaspersky Lab” mütəxəssisləri dünya üzrə uşaqların anonim axtarış sorğularını təhlil etdikdən sonra belə bir qənaətə gəliblər ki, sorğuların 22%-i film və serial axtarışı ilə bağlı olub. Azyaşlılar əksər hallarda “Hörümçək adam” haqqında çəkilmiş yeni filmlə maraqlanıblar. Eləcə də, uşaqların diqqəti “Ələddin” və “Con Uik” haqqında döyüş filminin üçüncü hissəsinə yönəlib.

Seriallara gəlincə isə, bütün dünyada olduğu kimi Azərbaycanda da azyaşlı istifadəçilər ən çox “Netflix”dən Çox qəribə hadisələrin yeni mövsümünü axtarıblar. Serialla yanaşı onlar həm də həmyaşıdları olan gənc aktyorlar haqqında da məlumatlarla maraqlanıblar. Uşaqlar arasında populyarlıq baxımından ikinci yerdə “HBO” şirkətinin “Çernobıl” mini-serialı olub.

Maraqlıdır ki, bu serialın uğuru fonunda bütün dünyada uşaqlar radiasiya ilə maraqlanmağa başlayıblar – axtarış sorğularına radioaktiv, radon və digər oxşar sözlər əlavə olunmaqla yanaşı, hətta top onluğa da düşüblər.

Yayda uşaqların onlayn mağazalarda axtarış üçün daha çox vaxtları olub. “Kaspersky Lab”ın qlobal statistikasına görə, il ərzində “Elektron ticarət” kateqoriyası axtarış sorğularının orta hesabla 9%-ni təşkil etdiyi halda, yayda bu rəqəm 13%-ə yüksəlib. Alış- veriş üzrə ən populyar sorğular “Amazon”, “eBay” və “AliExpress” ilə bağlı olub. Azyaşlılar geyim və ayaqqabı brendlərindən isə ən çox “Vans”, “Gucci”, “Zara”, “H&M”, “Off-White” və “Balenciaga” ilə maraqlanıblar. Texniki cihazlardan isə onları “Apple” və “Samsung” məhsulları cəlb edib.

Kompüter oyunlarına gəldikdə isə, statistikaya görə, yayda bu fəaliyyətdə bir qədər azalma müşahidə olunub. Ancaq bu o demək deyil ki, uşaqlar daha az oynamağa başlayıblar, əksinə, axtarış sorğularının məlumatlarından göründüyü kimi, kompüter oyunları filmlər və seriallar qədər axtarılıb - 19%; uşaqlar arasında ən populyar  oyunlar sırasında isə “Minecraft”, “Roblox” və “Fortnite” yer alıb.

Bundan başqa, uşaqlar  getdikcə mobil platformalara keçirlər, oyunları smartfonlarda və planşetlərdə oynamağa üstünlük verirlər. Bu yayın maraqlı tendensiyalardan biri də uşaqların şəbəkədəki gizlilik və anonimlik mövzularına marağının artması olub. Məsələn, axtarış sorğularına “Proxy” və “Tor” kimi sözlər daxil olub. Mütəxəssislər qeyd edirlər ki, ümumiyyətlə, gənc istifadəçilərin bu mövzuya marağı getdikcə artır.

“Uşaqlar dünyada baş verənlərdən məlumatlıdırlar. Bu yayın bir çox məşhur onlayn hadisəsi onların diqqətindən kənarda qalmayıb. Məsələn, “Roblox” oyununun 100 milyon istifadəçisi əsasən uşaqlardır. «TikTok» sosial şəbəkəsinin fəaliyyətə başladığı ilk aylarda əsas istifadəçilər məktəblilər idi, sonralar böyüklər də bu tendensiyaya qoşuldular. Uşaqların maraqlarını öyrənərək biz nəinki onları həyəcanlandıran, həm də bir çox yeni şeylər kəşf edə bilirik.

Beləliklə, valideynlər uşaqla onu maraqlandıran mövzuları müzakirə etmək imkanına malik olurlar. Güvənli münasibət və açıq söhbət, uşağın yaxınlarına şəbəkədə tapdığı yalnız həyəcanı deyil, həm də şübhə və narahatlıq doğuran məqamların danışacağına zəmanətdir" - bunu “Kaspersky Lab” şirkətinin  məzmun təhlili üzrə
mütəxəssisi Anna Larkina deyib. 

«KasperskySafeKids»  həllini istifadə edərək, uşaqları yersiz məzmun və digər internet təhlükələrdən qorumaq olar.  “Kaspersky Lab”in bu məhsulu bir çox kiber təhdidləri tanıyır və məhdudlaşdırır, yersiz məzmunu filtrləyir  və potensial təhlükəli kənar insanlarla onlayn əlaqələrin qarşısını alır.

Bundan əlavə, bu həll yolu ilə valideynlər övladlarının yazışmalarından və sosial şəbəkələrdəki dost siyahısındakı dəyişikliklərdən xəbərdar ola, həmçinin, real  vaxt rejimində onun yerini öyrənə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

04-06-2019

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019

Kaspersky uşaqların mobil telefondan ən çox hansı tətbiqlərə daxil olduğunu araşdırıb

16-06-2021

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022

Uşaqların internet dünyası araşdırıldı

07-07-2018

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Uşaqlar üçün axtarış sistemi: Thinga

05-01-2016

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022

Kaspersky Lab : Taxtların oyunları ən viruslu serialdır

11-04-2019

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə